Dağıstanda kənddə atışma olub, ölənlər və yaralananlar var

Dünya

28.09.2023 - 01:35

Həkimlər Klinikalar SEO Xidməti

İnsidentdə ölənlərdən biri polis əməkdaşıdır

Rusiya Federasiyası Dağıstan Respublikasının Levaşi kəndində 2 nəfərin ölümü ilə nəticələnən atışma baş verib.

AYNA xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, insidentdə biri polis əməkdaşı - Levaşi Polis Bölməsinin maddi-texniki təminat şöbəsinin rəisi – olmaqla 2 nəfər öldürülüb. Bundan başqa, hadisədə bir neçə nəfərin yaralandığı qeyd olunub.

Müəllif: Ayna.az