Yeni koronavirus növlərindən 3-ü “alfacoronavirus”, digər 3-ü isə “betakoronavirus” olaraq fərqləndirilib
Alimlər Covid-19-u yayan yarasalar üzərində növbəti araşdırmalar aparıblar və maraqlı nəticələr əldə ediblər.
AYNA xarici mediaya əsasən xəbər verir ki, bu dəfə alimlər koronavirusun daha 6 növünü kəşf ediblər.
Mütəxəssislər yeni növün Covid-19 ailsəsinə məxsus olduğunu sübuta yetiriblər. Yeni koronavirus növlərindən 3-ü “alfacoronavirus”, digər 3-ü isə “betakoronavirus” olaraq fərqləndirilib.
“PREDICT”layihəsi çərçivəsində Myanmarda (Burma respublikası) aparılan araşdırma qrupunun qənaətinə görə, yeni virusların MERS və SARS tipli viruslarla hər hansı bənzərliyi yoxdur. Hətta alimlər belə düşünürlər ki, yarasalarda virusun daha çox forması yayılır.
Xatırladaq ki, hələ də Covid-19-un yarasalardan insana keçməsi iddiası qüvvədədir.