“COVID-19-dan keçmişdə danışılması çox da uzaqda deyil” – <font color=red> Professor</font>

Cəmiyyət

02.08.2020 - 17:50

Həkimlər Klinikalar SEO Xidməti

Musa Qəniyev: “Ən ağır virus infeksiyasının davam etmə və aktiv yoluxdurma müddəti, ilin xronoloji fəsil dəyişikliklərinə görə 12 aydan artıq ola bilməz

 

Tibb üzrə elmlər doktoru, professor Musa Qəniyev COVID-19 virusunun mutasiyası haqqında sosial mediada və mətbuatda dolaşan bədbin fikirlərə aydınlıq gətirib. AYNA-nın xəbərinə görə, professor bildirib ki, COVID-19-un yaxın 2 ilə qədər bizimlə yol-yoldaşı olacağı və canlar alacağı kimi bədbin və əsassız fikirlər səsləndirilir.

 

“Xatırlatmaq istəyirəm ki, indiyə qədər olan epidemiya və pandemiyaların ümumi sayı 60 olub. Bu saydan 30-u pandemiyadır ki, onun da 24-ünün ölüm göstəricisi yüksək olub. Bu pandemiyalardan yalnız 5-i bütün dünya ölkələrini əhatə edib və müddəti 2 il çəkib. Çox güman ki, bu səbəbdən bəzi mütəxəssislər koronavirusun davam etmə müddətinin belə pessismist proqnozunu verir. Unutmamalıyıq ki, bu müddət infeksiyanın yoluxdurma və letallıq tarixi deyil, başlaması və tam sönməsi tarixidir”, - deyə professor qeyd edib.

 

Qəniyevin qənaətincə, ən ağır virus infeksiyasının davam etmə və aktiv yoluxdurma müddəti ilin xronoloji fəsil dəyişikliklərinə görə 12 aydan artıq ola bilməz: “Əks hal təbabət və mövcudiyyət qanunlarına ziddir”.

Professor qeyd edib ki, hazırkı şəraitdə insanlarda psixi stabilliyin qorunması və gərginlik, həyəcan, qorxu, sabaha inamsızlıq kimi hisslərdən azad olmasına çalışmaq, dövlət qurumları tərəfindən maddi və mənəvi dəstəyin göstərilməsi zərurətdir: “Eyni zamanda da insanlara COVID-19 haqqında yalnız düzgün və elmi əsası olan, problemlərin müxtəlif aspektləri ilə məşğul olan mütəxəssislərin verdiyi məlumatlar çatdırılmalıdır”.

 

“21-ci əsrdə yaşayırıq, unutmamlıyıq ki, bu gün adi insanların da bu infeksiya haqqında bilgisi digər ixtisas sahibi olan həkimlərin bildiyndən bəzən heç də az olmur. Lakin COVID-19 virusunun yeni mutasiya serotiplərinin yaranması və yaxın aylarda da yaranacağı ilə bağlı, “bu pandemiyanın sonu görünmür” və sair qəbildən fikirlər səsləndirmək yolverilməzdir. Nəzərə almalıyıq ki, bütün insanların həyatı dərki, elmi düşüncəsi, idrakı, mövcud vəziyyətə yanaşması eyni deyil, fərqli və ziddiyyətlidir. Odur ki, elmi əsası olmayan bədbin məlumatlar, hazırda psixi durumu ilə biri digərindən kəskin fərqlənən məlum 4 insan tipinin birinə təsir göstərmədiyi halda, digərində nevroloji, başqa birində zəif, digər insan tipində isə dərin psixoloji pozğunluqlara səbəb ola bilər. Buna görə də COVİD19-la bağlı istər həkim, istər alim, istər ziyalı, istərsə də ali və ya orta təhsili belə olmayan hər hansı bir insan sosial şəbəkədə və ya digər vasitələrdə işlətdiyi hər bir sözün məsuliyyətini və törədəcəyi fəsadları qabaqcadan çox ciddi fikirləşməlidir. Şübhəsiz ki, deyiləcək hər bir söz dərin elmi təhlilə əsaslanmalıdır”, - deyə Qəniyev qeyd edib.

 

Professor bildirib ki, COVID-19-un mutasiya etdiyi və edəcəyi kimi söylənilən bütün fikirlər tamamilə əsassızdır və heç bir elmi mənbəyə istinad edə bilməz: “Tək zəncirli RNT tipli məlumat kodu daşıyan koronavirusların hazırda 40 növü müəyyən edilmişdir. Bu 40 serotipdən insanlarda yalnız 7-si xəstəlik törədə bilir. 7 serotipdən də 4-ü (şərti adı 229E, OC43, NL63, HUK1 olan) sağlam genoma malik olan, adi insana yoluxduqda müalicə tələb etməyən zəif soyuqlama əlamətləri törədir. Yalnız 3 koronavirus serotipi SARS CoV, MERS CoV və COVID-19 insanlarda atipik pnevmoniya ilə fəsadlaşa bilən, ağır, ağ ciyər və tənəffüs yolu patologiyalarına səbəb ola bilər. Diqqət edilməli məqam budur ki, öldürücü serotiplərin ilki olan, naməlum xələfə malik SARS CoV ilk dəfə 2002-ci ildə, xələfi bu serotip olan MERS CoV 2012-ci ildə, xələfi sonuncu serotip olan hazırkı COVID-19 isə ÜST-in rəsmi məlumatına görə 2019-cü ildə qeydə alınıb və hazırda davam etməkdədir. Başqa sözlə desək, mutasiyalar arasındakı müddət 7 və 10 il olub. Odur ki, COVID-19-un təkrar mutasiyaya məruz qalaraq digər letal göstəriciləri daha yüksək olan serotipə keçməsinin ən qısa müddəti 7 ildən 10 ilə qədər olmalıdır”.

 

“Yəni ki, insanlarımız əsəb sistemlərinin tükənmiş vəziyyətdə olduğu hazırkı durumda bu incə mətləbi bilib sakitləşməli və dərk etməlidirlər ki, həyat enerjisi tükənməz və sönməzdir. Virus infeksiyası isə var, olub və olacaq. Heç bir virus letallıq əmsalından asılı olmayaraq həyat enerjisinə hətta nisbi də olsa təsir göstərə bilməz. Bir daha təkrar edirəm ki, COVID-19-dan keçmiş zamanda danışılması və insanlığın əvvəlki xoşbəxt həyata qovuşması çox da uzaqda deyil. Bunun üçün biz yalnız 1990-cı illərdən sonra itirdiyimiz şəxsi gigienik dəyərlərə qayıtmalı və onlara əməl etməliyik”, - alim sonda vurğulayıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş