Buxarestin meri Rumıniya Prezidenti olub

Dünya

19.05.2025 - 14:16

Həkimlər Klinikalar SEO Xidməti

Nikuzor Dan dövlət başçısı seçilib

Rumıniyada keçirilən prezident seçkilərində Buxarestin meri Nikuzor Dan qalib gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “Prezenta.roaep.ro” rəsmi portalı məlumat yayıb.

İlkin nəticələrə görə, bələdiyyə başçısı əsas rəqibi, müxalifət partiyası olan “Rumınların Birləşməsi Uğrunda Alyans”ın (AUR) lideri George Simionu qabaqlaya bilib.

Səsvermənin yekun nəticələrinin yaxın vaxtlarda açıqlanacağı gözlənilir, lakin artıq səslərin hesablanmasının nəticələri paytaxt merinin qələbəsindən danışmağa imkan verir.

Bülletenlərin 100%-i işləndikdən sonra Nikuşor Dan 6,1 milyondan çox səs toplayıb ki, bu da seçicilərin ümumi sayının 53,60%-ni təşkil edir. Onun əsas rəqibi 5,3 milyondan çox və ya 46,40% səs toplayıb.

Rumıniyanın yeni seçilmiş Prezidenti Nikusor Dan deyib ki, o ölkəni yeniləməyi və bir gün Moldovanı onunla birləşmək üçün dəstəkləməyi planlaşdırır. O bu barədə dünən axşam paytaxtın mərkəzindəki seçki qərargahında bir neçə min tərəfdarı qarşısında çıxış edərkən bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş