Baydenə xərçəng diaqnozu qoyulub

Dünya

19.05.2025 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

"Xəstəliyin formasının daha aqressiv olmasına baxmayaraq, xərçəng hormonal terapiyaya uyğundur”

ABŞ-ın keçmiş Prezidenti Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

"Xəstəliyin formasının daha aqressiv olmasına baxmayaraq, xərçəng hormonal terapiyaya uyğundur. Bu da onu effektiv idarə etməyə imkan verir", - Baydenin Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, şişlər artıq sümük toxumasına nüfuz edib. Şişin hormonal terapiyaya həssas olaraq qaldığı da qeyd edilib. Bu, xəstəliklərə nəzarət üçün imkanlar açır.

Qeyd olunub ki, ABŞ-ın keçmiş prezidenti və ailəsi həkimləri ilə müalicə variantlarını müzakirə edir.

Bundan əvvəl Co Baydenin prostat vəzində "kiçik şiş" olduğuna görə müayinədən keçdiyi bildirilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş