Sahibə Qafarova İspaniyaya rəsmi səfər edib

Xəbərlər

19.05.2025 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Milli Məclisin sədrinin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığına rəsmi səfər edib. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, Madrid şəhərinin Barahas Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini ölkəmizin İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub. Görüşlərdə Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin bu günü və gələcək inkişafı barədə müzakirələr aparılacaq.

Rəsmi səfər mayın 20-də başa çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş