Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Xırdalanda yaşayış binasında yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, Abşeron rayonun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin eyvanında məişət tullantıları 8 m² sahədə yanıb.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.