Təhlükəli uşaq əyləncə mərkəzinin fəaliyyəti dayandırılıb

Xəbərlər

19.05.2025 - 16:59

Həkimlər Klinikalar SEO Xidməti

Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonunun Xırdalan şəhərində yerləşən uşaq əyləncə mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

FHN-dən AYNA.AZ-a verilən məlumata görə, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, eyni zamanda, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və müvəqqəti çəkilmiş elektrik naqillərindən istifadə edilir. Obyektin xarici və daxili divarları yanar üzlük materialları ilə üzlənilib. Bundan əlavə, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığortalanmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən uşaq əyləncə mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim olunub.

Təhlükəli uşaq əyləncə mərkəzinin fəaliyyəti dayandırılıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş