“The Guardian”: Stubb Trampın Rusiya ilə bağlı mövqeyinə təsir göstərmək istəyir

Dünya

19.05.2025 - 16:11

Həkimlər Klinikalar SEO Xidməti

Finlandiya Prezidenti ABŞ Prezidenti ilə telefon danışığı zamanı Rusiyanın böyük dövlət olmaqdan çıxdığını sübut etməyə çalışıb

Finlandiya Prezidenti Aleksander Stubb ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiyanın böyük dövlət olmaqdan çıxdığını sübut etməyə çalışıb. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazıb.

Jurnalistlər finlandiyalı siyasətçinin sözlərindən belə sitat gətiriblər: “Rusiya böyük dövlət sayıla biləcək ölkə deyil”.

Stubb həmçinin iddia edib ki, Trampın dünya haqqında təsəvvürünün 19-cu əsrin konsepsiyalarından praktiki olaraq heç bir fərqi yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş