Bakıda yağış yağacaq, bəzi yerlərdə leysan olacaq
Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.