“Tehran və Vaşinqton arasında nüvə danışıqları ABŞ-ın mövqeyinə görə uğursuz ola bilər”
“Tehran və Vaşinqton arasında nüvə danışıqları ABŞ-ın mövqeyinə görə uğursuz ola bilər”. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.
Onun sözlərinə görə, Vaşinqton Tehran tərəfindən uranın sıfır zənginləşdirilməsində israr etsə, İran və ABŞ arasında danışıqlar “heç bir nəticə verməyəcək”.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı yaratmaq planlarından imtina edəcəyi təqdirdə onunla razılaşmağa hazır olduğunu bildirmişdi. Tehran həmçinin terrorizmi himayə etməyi dayandırmalı, proksi müharibələrdən və nüvə ambisiyalarından tamamilə əl çəkməlidir.