Trampla Putinin danışığı baş tutub: 2 saatdan çox davam edən söhbətin TƏFƏRRÜATI

Dünya

19.05.2025 - 22:09

Həkimlər Klinikalar SEO Xidməti

Putin: “Ukrayna böhranının həlli prosesində Rusiya üçün əsas məsələ münaqişənin köklü səbəblərini aradan qaldırmaqdır”

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, telefon danışığı 2 saatdan çox davam edib.

Danışıqlardan sonra Rusiya Prezidenti amerikalı həmkarı ilə söhbətinin təfərrüatlarını açıqlayıb.

Putin Trampla telefon danışığını “məzmunlu, səmimi və çox faydalı” adlandırıb.

“Ukrayna böhranının həlli prosesində Rusiya üçün əsas məsələ münaqişənin köklü səbəblərini aradan qaldırmaqdır. Qeyd etmək istərdim ki, ümumiyyətlə, Rusiyanın mövqeyi aydındır, bizim üçün əsas məsələ bu böhranın köklü səbəblərini aradan qaldırmaqdır. Mən bunu Trampa dedim", - Rusiya lideri bildirib.

O söhbətin “konstruktiv” keçdiyini və bunu “yüksək” qiymətləndirdiyini əlavə edib.

ABŞ Prezidenti telefon danışığında qeyd edib ki, onun fikrincə Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.

“Tramp onu da qeyd etdi ki, Rusiya Ukrayna böhranının sülh yolu ilə həllini dəstəkləyir və biz sadəcə olaraq sülhə doğru ən təsirli yolları müəyyən etməliyik”, - Putin bildirib.

Rusiya dövlətinin başçısı həmçinin qeyd edib ki, Moskva münaqişənin həlli maraqları naminə Kiyevlə qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdır.

“ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyi kifayət qədər neytraldır. Amerika lideri münaqişənin həlli məsələləri ilə məşğuldur”. Bu sözləri isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iki lider arasında danışıqlardan sonra deyib.

“Əgər Trampın mövqeyi hələ də kifayət qədər neytraldırsa və o, həqiqətən də nizamlanma məsələləri ilə məşğuldursa, onların mövqeyi açıq şəkildə Ukraynayönümlüdür”, - Kreml nümayəndəsi Avropa liderlərinin münaqişənin həllinə yanaşmasından danışarkən qeyd edib.

Bundan əlavə, Peskov bəyan edib ki, Avropanın işinin əsas trayektoriyası Trampı öz tərəfinə çəkmək və Rusiyanı hər şeydə “sındırmaq”dır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş