Hazırda hadisə ilə bağlı araşdırma aparılır
Bu gün Tayvanda dəhşətli qəza baş verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, hərbi helikopter güclü duman səbəbindən təcili eniş etmək məcburiyyətində qalıb, nəticədə qəzaya uğrayıb.
Tayvan Müdafiə Nazirliyinin açıqlamasında görə, helikopterdə olan 5 nəfər, eləcə də Çinə qarşı hərbi müdafiə sistemində yer alan ən vacib sima - Baş Qərargah rəisi general Şen Yi-Minq həyatını itirib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Tayvanın müstəqilliyini Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkədən yalnız 14 ölkə rəsmən tanıyır.