Koronavirusa yoluxanların sayı sürətlə artır
Çindən kənarda koronavirusa yoluxanların sayı artaraq 1076 nəfərə çatıb.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə deyib:
“26 ölkədə Covid-19-a yoluxanların sayı 1076 nəfərə çatıb. Onlardan 7-də xəstəlik ölümcül həddədir”.
Qeyd edək ki, Çinin özündə koronavirusa yoluxanların sayı 74 min 500 nəfərdir. 2029 nəfər isə dnüyasını dəyişib.