Çində koronavirusla bağlı son vəziyyət

Dünya

08.01.2021 - 09:30

Ölkədə 521 aktiv koronavirus xəstəsi var

 

Çində son sutka ərzində daha 53 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 87 331-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 82 176 xəstə sağalıb.

 

Ölkədə 521 aktiv koronavirus xəstəsi var ki, onlardan da 13-nün vəziyyəti ağır qiymətləndirilir.

Müəllif: Ayna.az