Çində koronavirusdan ölənlərin sayı 171 nəfərə çatdı

Dünya

30.01.2020 - 23:35

Həkimlər Klinikalar SEO Xidməti

Təhlükəli virusun qurbanlarının sayı durmadan artır 

 

Çində koronavirusun (2019-nCoV) törətdiyi yeni tip pnevmoniyaya yoluxanların sayı bu gün axşam saatlarında 8152 nəfərə, ölənlərin sayı isə 171-ə çatıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, yoluxanların və xüsusilə də ölənlərin böyük əksəriyyəti xəstəliyin yayılmağa başladığı ölkənin Hubey əyalətində (müvafiq olaraq 4,9 min və 162 nəfər) qeydə alınıb.

 

Həmçinin Jecianq əyalətində 428, Quanqdonq əyalətində 354, Henan əyalətində 278, Hunan əyalətində 277 və Anhui əyalətində 200 nəfər bu virusa yoluxub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş