Çində koronavirusa yoluxanların sayı yenidən artıb

Dünya

13.05.2020 - 12:40

cedabet Klinikalar SEO Xidməti

Vuhanda yaşayan 11 milyon insanın isə sınaqdan keçirilməsi planlaşdırılır

 

Çində son 24 saat ərzində koronavirusa 7 yeni yoluxma hadisəsi qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası açıqlama verib.

 

Açıqlamaya görə, koronavirusa yoluxanların 6-sı Jilin, 1-i isə Şanxay şəhərində qeydə alınıb.

 

Dünən isə virusun yayılmağa başladığı Vuhan şəhərində yoluxanların sayının artması səbəbi ilə şəhərdə yaşayan 11 milyon insanın sınaqdan keçirilməsinin planlaşdırıldığı açıqlanıb.

 

Qeyd edək ki, Çində COVID-19-a yoluxanların sayı 82 min 926 nəfərə yüksəlib. Pandemiya səbəbindən bu günə qədər 4633 insan dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş