Səbəb kimi BBC-nin etibarlılıq tələblərini pozması göstərilib
Çin Xalq Respublikasının Radio və Televiziyaların Tənzimləyicisi İdarəsi ölkə ərazisində Britaniyaya məxsus BBC-nin yayımını qadağan edib.
AYNA xəbər verir ki, bu barədə yerli CGTN telekanalı məlumat verib.
Qeyd edilib ki, Çinin tənzimləyici qurumu BBC-ni etibarlılıq və qərəzsizlik prinsipini pozmaqda günahlandırıb.