Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Hadisə

27.03.2021 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirli məlumat yayıb 

 

Daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.

 

DİN-in Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş