Kişi sərxoş vəziyyətdə avtomobil yolunu keçmək istəyərkən yıxılıb
Bərdə rayonunda sərxoş vəziyyətdə evinə getmək istəyən şəxs yıxılaraq ağır xəsarət alıb. AYNA oxu.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan orta yaşlı kişi sərxoş vəziyyətdə avtomobil yolunu keçmək istəyərkən yıxılıb. O, təcili tibbi yardım avtomobili ilə kəllə-beyin travması ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hazırda onun kimliyi araşdırılır və yaxınları axtarılır.