Faktla bağlı araşdırma aparılır
Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
AYNA xəbər verir ki, avtoqəzada Sabunçu rayon sakini, 1956-cı il təvəllüdlü Gülbacı Sənan qızı Mirzəyeva həyatını itirib.
Onun Mənzil İstismar Sahəsinin işçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.