Pekin qərarın səbəbləri və tədbirin müvəqqəti olub-olmaması barədə Vilnüsə əlavə məlumat verməyib
Çin Litva vətəndaşlarına viza verilməsini dayandırıb. Lakin Pekin bu qərarın səbəbləri və tədbirin müvəqqəti olub-olmaması barədə Vilnüsə əlavə məlumat verməyib. AYNA “Delfi” portalına istinadən bildirir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib.
“Sadəcə vizanın dayandırılması barədə bizə məlumat verilib. Əlavə məlumat verilmir. Mən bilirəm ki, zərurət yaranarsa, Litva vətəndaşları başqa ölkələrdə - Polşada və ya başqa yerdə qəbul oluna bilərlər”, - Landsbergis bildirib.