Çin lideri Ukraynaya gedəcək?

Dünya

29.03.2023 - 14:08

Rəsmi Pekin Zelenskinin Cinpinlə görüşmək istəyi barədə məlumatı şərh edib

Pekində Ukrayna Prezidenti Volodimir Zelenski ilə Çin rəhbəri Si Cinpin arasında ehtimal olunan görüş barədə konkret məlumat yoxdur. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.

Onun sözlərinə görə, Cinpin Ukrayna münaqişəsi ilə bağlı bütün tərəflərlə əlaqə saxlamaq niyyətindədir.

"Konkret təfərrüatlara gəlincə, məndə heç bir konkret məlumat yoxdur", XİN rəsmisi bildirib.

Qeyd edək ki, Zelenski Ukraynada Si Cinpinqlə görüşməyə hazır olduğunu açıqlayıb: “Biz onu burada görməyə hazırıq. Onunla danışmaq istəyirəm”, - deyə o vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, 2022-ci il ərzində Çin lideri ilə heç bir formada əlaqə saxlamayıb.

Müəllif: Ayna.az