Görüşdə Azərbaycan-Serbiya əməkdaşlığının parlamentlərarası platformalarda gücləndirilməsi istiqamətində birgə səylər müzakirə edilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Parlamentinin sədri Ana Brnabiç ilə görüşüb. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan-Serbiya əməkdaşlığının parlamentlərarası platformalarda gücləndirilməsi istiqamətində birgə səylər müzakirə edilib.
Bu baxımdan qarşılıqlı səfər və görüşlərin, eləcə də parlament dostluq qruplarının rolu vurğulanıb.