Oktay Gülalıyev əməliyyata alınıb

Xəbərlər

30.10.2019 - 13:14

Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssisləri klinikaya göndərilib

 

Hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumata görə, Nazirlikdən “City Hospital” Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssisləri göndərilib.

 

Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hal-hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək.

 

Qeyd edək ki, O.Gülalıyev dünən piyada keçidindən keçərkən, “90-PZ-543” dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil tərəfindən vurulub. Faktla bağlı cinayət işi açılıb.

Müəllif: Ayna.az