İki hərbçimizin öldüyü hadisə ilə bağlı cinayət işi başlanıb

Xəbərlər

06.07.2019 - 16:08

Cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarətindədir

 

Hərbi hissədə baş verən bədbəxt hadisə ilə bağlı cinayət işi başlanılıb. Hərbi Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə iyulun 6-da baş vermiş məlum hadisə ilə əlaqədar Hərbi Prokurorluğun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə gediblər:

 

Hərbi prokurorluq həlak olanların qohumlarına və doğmalarına dərin hüznlə başsağlığı verir. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarətində olduğu bildirilir.

 

Qeyd edək ki, iyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

 

Müəllif: Ayna.az