Çexiya Azərbaycandan təbii qaz almaq niyyətindədir

İqtisadiyyat

27.04.2026 - 20:03

“Şirkətin rəhbəri də bu gün bizimlədir və Azərbaycanla qaz təchizatı üçün uzunmüddətli müqavilə bağlaya bilsək, çox məmnun olarıq”

“Milli enerji operatorumuz ČEPS də Azərbaycandan təbii qaz almaq niyyətindədir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Çexiyanın Baş naziri Andrey Babiş Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

Çexiya Baş naziri Azərbaycanın qaz hasilatını tədricən artırdığını qeyd edərək deyib: “Şirkətin rəhbəri də bu gün bizimlədir və Azərbaycanla qaz təchizatı üçün uzunmüddətli müqavilə bağlaya bilsək, çox məmnun olarıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş