Azərbaycan neftinin qiyməti yenidən 40 dolları ötüb

İqtisadiyyat

05.11.2020 - 12:03

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,47 dollar bahalaşıb

 

Dünya birjalarında neft qiymətləri ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar geriləyərək 40,64 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,57 dollar ucuzlaşaraq 38,58 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,47 dollar artaraq 40,78 dollar təşkil edib.

 

Qeyd edək ki, “qara qızıl”ın qiymətləri ABŞ-dakı prezident seçkiləri fonunda dolların zəifləməsi, eləcə də “OPEC+”un hasilat məhdudiyyətlərini artırmaqla bağlı planını təxirə saldığına dair bazar gözləntiləri ilə bahalaşır.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət