Çeçenistana da giriş-çıxış bağlanır

Dünya

02.04.2020 - 04:22

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus təhlükəsinə qarşı bütün dünyada tədbirlər görülməkdədir 

 

Prezident Ramzan Kadırov koronavirusun yayılması səbəbiylə aprelin 5-dən etibarən Çeçenistan Respublikası ərazisinə giriş və çıxışı tamamilə bağlayacağını elan edib.

 

AYNA “Ria Novosti”yə istinadən xəbər verir ki, Kadırov Çeçenistan sakinlərini aprelin 5-dək vətənlərinə qayıtmağa çağırıb.

 

“Əks təqdirdə onlar respublikaya daxil ola və ya çıxa bilməyəcəklər” ,- deyə o, qeyd edib.

 

Dövlət başçısı məhdudiyyətlərin qida və dərman daşınmalarına aid olmayacağını bildirib.

 

Qeyd edək ki, son məlumatlara görə, Çeçenistanda 10 koronavirusa yoluxma faktı qeydə alınıb.

 

Martın 28-dən etibarən yerli hakimiyyət orqanları tərəfindən respublika ərazisində karantin rejimi elan olunub. Vətəndaşlara heç bir səbəb olmadan evdən çıxmağın qadağan edildiyi bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş