İnternetin kəsilməsi seçki pozuntularını sübut edə bilməyən müxalifətin dilini “bağlayacaq”
Şərqi Afrika ölkəsi Brundidə prezident seçkisi günü internet əlçatmaz olub. Ölkənin antidemokratik davranışı, interneti kəsməsi tənqidlərə səbəb olub. AYNA xarici mediaya əsasən xəbər verir ki, sosial media seçkini işıqlandırmaqda çarəsiz qalıb, bütün sosial şəbəkələr “Twitter”, “Whatsapp” və “Facebook”-a girişin bağlandığını rəsmilər də təsdiqləyib.
Yalnız Virtual Şəxsi Şəbəkədən (VPN) istifadə edənlər sosial media saytlarına daxil ola biliblər. Seçki məntəqələrindən reportaj hazırlayan brundili jurnalist Musa Havyarimana həmin gün, gündən yalınız bir neçə foto fakt olaraq qalıb.
İnsan hüquqları təşkilatları hökuməti səsvermə günü interneti əngəlləməməyə çağırsa da, hökumət bunu edib. Ekspertlər ölkədə parakəndə, qeyri-şəffaf seçki keçirildiyi səbəbindən internetin kəsilməsini normal qəbul ediblər. Tənqidçilər bildirirlər ki, internetin kəsilməsi seçki pozuntularını sübut edə bilməyən müxalifətin dilini “bağlayacaq”.
Xatırladaq ki, ötən həftə Brundi Ümumdünya Səhiyyə Təşkilatı nümayəndələrini ölkəsindən qovmuşdu.