Hücum edənlər kənd sakinlərinin əmlakını yandırıblar
Burkina-Fasonun şimalında azı 70 nəfər öldürülüb. AYNA xəbər verir ki, bu barədə "Reuters" Afrika ölkəsinin prokurorluğuna istinadən məlumat yayıb.
Noyabrın 5-də naməlum şəxslər Zaonqo kəndinə hücum edərək, əsasən qocaları və uşaqları öldürüblər. Hücum edənlər daha sonra kənd sakinlərinin əmlakını yandırıblar.
Qurum əlavə edib ki, ölən, yaralanan və itkin düşənlərin dəqiq sayı hələ müəyyən edilməyib.
Rəsmilər, hücumda şübhəli bilinənlər də daxil olmaqla, hadisə ilə bağlı başqa məlumat verməyib.