Bu ölkələrdə koronavirusa yoluxma aşkarlanmayıb

Dünya

02.04.2020 - 18:41

Həkimlər Klinikalar SEO Xidməti

Afrika qitəsində yerləşən Sao Tome Respublikası da bu baxımdan xoşbəxt ölkələrdəndir

 

Koronavirusa yoluxanların sayı dünyada bir milyona yaxınlaşsa da, virusdan cəmi 47 min insan həyatını itirib. Bəzi ölkələrdə isə koronavirusa yoluxma halı qeydə alınmayıb.

 

AYNA koronavirusun rəsmi olaraq qeydə alınmadığı ölkələri təqdim edir:

 

6 milyon əhalisi olan Türkmənistan Respublikasında Covid-19-a yoluxma qeydə alınmayıb. Ölkə prezidenti artıq ölkədə koronavirus sözünü işlətməyi qadağan da edib.

 

Virusun qeydə alınmadığı digər ölkə də Orta Asiya ölkəsi -Tacikistandır.

 

Virusun görüldüyü Səudiyyə Ərəbistanı ilə qonşu olmasına rəğmən Yəməndə də pandemiyaya rast gəlinməyib.

 

Rəsmi olaraq qapalı ölkə olan və bəlkə də buna görə, Koreya Xalq Demokratik Respublikası da koronavirusdan əziyyət çəkmir.

 

Afrika qitəsində yerləşən Sao Tome Respublikası da bu baxımdan xoşbəxt ölkələrdəndir. 

 

Afrika qitəsində yerləşən digər xoşbəxt ölkə isə Komor adasıdır. Bu ölkədə də pandemiyaya rast gəlinməyib.

 

Afrika qitəsinin cənubunda yerləşən və bir milyondan az əhalisi olan Lesoto krallığında da koronavirus müşahidə olunmayıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş