Bu gündən teatr və kinoteatrlar açılır

Cəmiyyət

01.10.2021 - 04:45

Həkimlər Klinikalar SEO Xidməti

Karantin rejimi ilə bağlı bəzi qadağalar aradan qaldırılıb

Bu gündən - oktyabrın 1-dən Azərbaycanda fəaliyyət göstərən mədəniyyət obyektləri (konsert zalları daxil olmaqla), eləcə də konfrans zalları, kinoteatrlar və teatrlar açılır.

AYNA-nın xəbərinə görə, həmin məkanların açılmasına ümumi tutumun 50 faizindən çoxunun doldurulmaması şərtilə icazə verilib.

Eyni zamanda iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri də vətəndaşların üzünə açılır.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərəcək və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə biləcəklər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı ilə daxil ola biləcəklər.

Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş