"/>

Ekspert Təhsil Nazirliyini ittiham edir: <font color=red> "İmtahan təşkil etmək təcrübəsi yoxdur"</font>

Cəmiyyət

11.07.2019 - 11:46

"10000 minə qədər insanın iştirak etdiyi imtahanın nəticələrini 3 saat ərzində elan etmək mümkündür"

 

Təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarla bağlı səsləndirilən iradlara münasibət bildirib. 

 

AYNA xəbər verir ki, K.Əsədov öz "Facebook" səhifəsində bunları yazıb: "Bu müddət ərzində bir sıra fənlər üzrə müəllimlər işə qəbul olmaq üçün imtahan verib. Amma maksimum bal, yəni 60 bal toplayan iddiaçı olmayıb. Ancaq 3 gündür ki, sosial şəbəkələrdə, "WhatsApp" qruplarında, müəyyən saytlarda bu prosesin şəffaf şəkildə keçirilmədiyi barədə ittiham dolu fikir və yazılar dərc olunur. Arqument kimi deyilir ki, suallar səhv idi, suallar kitablardan kənar idi, kompüter proqramı ilə iştirakçının doğru cavabı səhv qəbul edilir və sair. Birincisi deyim ki, müəllimlərin işə qəbulu tam şəkildə obyektiv və şəffaf keçirilir, bu, müzakirə olunmur. İkincisi, sualların səhv olması mümkündür. Bu barədə müracət edilir və səhv təstiq olunduqda o iştirakçının hesabına əlavə olunur". 

Картинки по запросу kamran əsədov

Ekspertin sözlərinə görə, bu qədər söz-söhbətin yaranmasının qarşısını çox sadə üsulla almaq olar: "Keçirilən imtahanların proqramı, hansı kitablardan istifadə olunaraq test tapşırıqlarının tərtib olunması bilinməlidir. Çünki ölkədə rəsmi vahid nə məntiq, nə də kurikulum vəsaiti yoxdur. İxtisas üzrə dərsliklər isə hər il dəyişir. Ona görə də bu məsələ həll olunmalıdır, yəni imtahan proqramı təqdim olunmalıdır. Üçüncüsü, imtahan iştirakçısı imtahandan sonra yazdığı sualları görməlidir. Yəni nəyi səhv, nəyi doğru yazdığını bilməlidir. Onun isə 2 həlli yolu var: a) test tapşırıqları imtahandan sonra iştirakçının şəxsi kabinetinə yüklənir; b) imtahanlar kompüterlə yox, kağız üzərində keçirilir". 


"Əslində, imtahanların kağız üzərində keçirilməsi ən uğuru variantdır. Ona görə ki, bu, həm ucuz başa gəlir. Yəni Təhsil Nazirliyi bu imtahanları keçirmək üçün 1000 kompüter almır və o qədər vəsait itirmir. Həmçinin hesablama tələb edən sualları cavablandırmaq üçün iştirakçı monitordan kağız üzərinə sualı köçürür və ondan sonra yazır. Bu zaman da gözü kağız ilə monitor arasında qalır və bu, vaxt itkisi və diqqətin yayılmasıdır. Həm də kağız üzərində imtahan olsa, iştirakçı sonradan kompüterdə cavabların dəyişdirildiyini iddia edə bilməz. Çünki öz xətti ilə cavabları qeyd edir" - deyə ekspert əlavə edib. 

 

K.Əsədov vurğulayır ki, 10000 minə qədər insanın iştirak etdiyi imtahanın nəticələrini 3 saat ərzində elan etmək mümkündür: "Yəni bu xidməti Mərkəz olaraq təqdim edə bilərik. 
Ölkədə keçirilən bütün növ imtahanlarında özüm şəxsən iştirak edirəm. Məqsəd işə qəbul olmaq yox, prosesin necə həyata keçirilməsini görmək, çatışmazlığı yerində müəyyən etməkdir. 
Təhsil Nazirliyi bu prosesin yaxşı həyata keçirilməsi üçün əlindən gələni edir. Amma açıq şəkildə görünür ki, onların imtahan təşkil etmək təcrübəsi yoxdur. Bunu Texniki Universitetin idman zalında təşkil edilən imtahanların bütün mərhələləri haqqında demək olar. Girişdən iştirakçıların binaya buraxılmasından tutmuş, onların yoxlanılması, imtahan zallarında buraxılmasına qədər bütün proseslər qüsurludur. 1992-ci il deyil ki, imtahan neçə keçirildiyini bilməyək. Ölkədə 27 ildir ki, təhsilin bütün səviyyələrində imtahan keçirilir. ". 

 

Təhsil eksperti düşünür ki, imtahanlar Texniki Universitetin idman zalında yox, böyük məktəblərdə özü də kağız üzərində olmalıdır: "Yəni iştirakçılar artıq imtahandan başlayaraq özlərini məktəb mühitində hiss etməlidirlər. Orta məktəblərdə dərs bitib, ona görə də, düşünürəm ki, 20 saylı, 200 saylı orta məktəblərdə imtahan keçirilə bilər və imtahandan sonra iştirakçı sual kitabçasını götürüb getməli, Təhsil Nazirliyi hər imtahandan sonra apellyasiya şikayəti üçün gün ayırmalı və iddiaçıları dəvət edib onları mütəxəssislərlə dinləməlidir". 


Kamran Əsədov digər bir məsələyə də toxunub: "İl ərzində hazırlıq kursları, fərdi müəlliflər və müəllimlər reklam edirdi ki, müəllimlərin işə qəbulu imtahanında təqdim olunan suallar bizim vəsaitdən düşəcək, bizim məzunlar yüksək nəticə göstərəcək. Məlum oldu ki, həmişəki kimi bunlar boş vədlərdir". 


"İmtahanda iştirak edənlərin böyük əksəriyyəti 50 baldan aşağı nəticə göstərib. İndi onların hamısı Təhsil Nazirliyini ittiham edir, günahlandırır. Ümid edirəm ki, indiyə qədər Bakı şəhəri üçün 48 bal, rayon məktəbləri üçün müəyyən edilmiş 36 ballıq tələb aradan qaldırılacaq. Çünki hər ikisi müəllimdir və dövlət müəssisəsidir. Hamı üçün vahid keçid balı müəyyən olunmalı, 30 baldan yuxarı bal toplayan iddiaçılar vakansiya seçiminə buraxılmalıdır. Onsuz da ən yüksək bal toplayan iddiaçılar müsahibəyə dəvət olunurlar. Ona görə də bu məsələ də diqqətdə saxlanmalıdır" - deyə o vurğulayıb. 


Ekspertin qənaətincə, bu il edilən müsbət dəyişikliklərdən biri də hər imtahan saatına fərqli test tapşırıqlarının təqdim olunmasıdır: "İmtahandan əvvəl də narahatlığımı bildirmişdim, sağ olsunlar, nəzərə alıblar. Bu, olduqca müsbət addımdır".

 

Qeyd edək ki, imtahanlara iyulun 8-dən start verilib. 

Müəllif: Ayna.az