Azərbaycanda “qaranlıq dünya”: Zalım da gizlənir, məzlum da

Cəmiyyət

18.12.2019 - 22:00

“Bəziləri qorxudan səslərini çıxarmırlar, bəziləri də imiclərini korlamamaq üçün dərdlərini kiməsə söyləmək istəmirlər”

 

Ölkədə məişət zorakılığının miqyası hələ də böyükdür və bununla mübarizə aparmaq üçün hazırlanmış vasitələrdən biri məişət zorakılığı hallarının məlumat bazasıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, Azərbaycanın BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması üzrə komitəsindəki (CEDAW) nümayəndəsi Elgün Səfərov, AYNA-ya açıqlamasında həmin məlumat bazasının (bankın) fəaliyyət göstərdiyini, lakin bütün bölgələrin bu sistemə elektron şəkildə daxil olmadığını deyib.

 

“Bununla yanaşı, Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, 12 rayonun icra hakimiyyəti orqanlarının və bütün nazirliklərin sığınacaqları var. 2017-ci ildən bəri bütün mərkəzi təşkilatlar sistemə daxil edilib. Şəki, Zaqatala, Balakən, Kürdəmir, Şamaxı, Lənkəran, Masallı, Astaradakı məlumatların elektron bazaya daxil olması hələlik həyata keçirilməyib, bu isə 2020-ci ildə baş tutacaq”, - deyə Səfərov bildirib.

Elya Belskaya