İmtahan nəticələri elan edildi - <font color=red> cəmi bir yüksək nəticə var</font>

Cəmiyyət

19.07.2019 - 21:10

Həkimlər Klinikalar SEO Xidməti

"408 nəfər imtahanda iştirak etməyib"

 

Təhsil üzrə ekspert Kamran Əsədov II və III ixtisas qrupları üzrə imtahan nəticələri barədə özünün "Facebook" hesabında paylaşım edib. AYNA xəbər verir ki, ekspert imtahanda cəmi bir nəfərin yüksək nəticə əldə etdiyini yazıb. 

 

"II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələri elan edildi.

 

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 28699 abituriyentdən 408 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 15 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent (Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu), ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb".

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət