Konfrans koronavirus səbəbindən onlayn şəkildə baş tutacaq
Rusiya Prezidenti Vladimir Putin bu gün ənənəvi illik böyük mətbuat konfransı keçirəcək. AYNA Rusiya mediasına istinadən bildirir ki, konfrans Moskva vaxtı ilə saat 12:00-da başlayacaq.
Bu il koronavirus səbəbindən mətbuat konfransı videokonfrans formatında təşkil olunacaq.
Mətbuat konfransını “Rossiya-1”, “Rossiya-24”, “Perviy kanal”, “NTV” və “MİR” telekanalları ilə canlı izləmək mümkün olacaq.