Bu gecədən hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Cəmiyyət

25.09.2021 - 18:17

Həkimlər Klinikalar SEO Xidməti

ETSN: Şimal rayonlarına yağış yağacaq, çaylarda daşqın, sel olacaq 

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq, Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Bu barədə AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. 

Bəzi yerlərdə leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02:00 radələrindən başlanması və ən intensiv dövrün səhər saat 07:00-dək davam edəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş