ABŞ-da ən yaxşı yaşayan azərbaycanlılar hansı peşənin sahibləridir?

Cəmiyyət

07.07.2019 - 11:01

Okeanın o tayında yaşayan həmyerlimiz, müşahidələrinə əsasən soydaşlarımızın yaşayış səviyyəsi barədə paylaşım edib

 

"Amerikada yaşadığım 4 il müddətində bu qənaətə gəlmişəm ki, burada məskunlaşan azərbaycanlılar arasında ən yaxşı yaşayanlar həkimlər, vəkillər, təmir-tikinti firması olanlar və maşın ustalarıdır".

 

AYNA xəbər verir ki, bu barədə ABŞ-da yaşayan azərbaycanlı araşdırmaçı-publisist Elman Eldaroğlu öz "Facebook" hesabında paylaşım edib.

 

 

Birləşmiş Ştatlardakı azərbaycanlıların yaşayış səviyyəsi baxımdan siyahını belə davam etdirib: "Onlardan sonra incəsənət adamları, universitetlərdə dərs deyən professorlar, kiçik biznesi olanlar, daha sonra isə taksi sürücüləri və müxtəlif yerlərdə saat hesabı işləyən soydaşlarımız gəlir".

Müəllif: Ayna.az