Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

28.01.2021 - 04:15

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 1725 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 101 887 nəfərə çatıb.

 

AYNA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

 

Son sutka ərzində 25 308 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 715 054 nəfərdir.

 

Qeyd edək ki, Britaniyada hazırda 7 164 387 nəfər koronavirus əleyhinə peyvəndin ilkin dozasını, 474 156 nəfər isə hər iki dozasını qəbul edib.

Müəllif: Ayna.az