Britaniyada son sutkada koronavirusdan ölənlərin sayı məlum olub

Dünya

08.01.2021 - 05:27

Koronavirus can almağa davam edir 

 

Böyük Britaniyada son sutka ərzində 52 618 nəfər koronavirusa yoluxub.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

 

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2 889 419 nəfərə çatıb.

 

Son sutka ərzində 1162 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 78 508 nəfərə çatıb.

Müəllif: Ayna.az