Son sutka ərzində 570 nəfər koronavirusdan həyatını itirib
Böyük Britaniyada son sutkada 32 725 nəfər koronavirusa yoluxub. AYNA-nın məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2 221 312 nəfərə çatıb.
Son sutka ərzində 570 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 70 195 nəfərə çatıb.