Braziliya Prezidenti karantin rejimini pozub

Dünya

10.04.2020 - 14:33

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaşlar dövlət başçısının davranışına etiraz ediblər

 

Braziliya Prezidenti Jair Bolsonaro növbəti dəfə hər kəsi təəccübləndirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Prezident koronavirus təhlükəsinə rəğmən, ölkədə yerləşən kafelərin birini ziyarət edib və işçilərlə kollektiv şəkil çəkdirib.

 

Bolsonaronun davranışları vətəndaşların sərt reaksiyasına səbəb olub. İnsanlar, kafedən çıxıb avtomobilinə doğru gedən ölkə başçısına "Bolsonaro, evə get", - deyərək etiraz ediblər.

 

Qeyd edək ki, Braziliyada bu günə qədər 18 mindən çox adam koronavirusa yoluxub. 957 insan isə virusun qurbanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş