Bolqarıstanın şimal-şərqində əlverişsiz hava şəraiti iki nəfərin ölümünə səbəb olub.
AYNA-nın məlumatına görə, bu barədə Bolqarıstanın milli radiosu polisə istinadən məlumat yayıb.
Şumen şəhəri ərazisində güclü külək və leysan yağışlar güclü fəsadlar törədib. İsperih şəhərinin ərazisində tornado müşahidə olunub, burada 150-dən çox bina damsız qalıb, yerli hakimiyyət fövqəladə vəziyyət elan edib.
Ölkənin bir çox bölgələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Sinoptiklərin proqnozlarına görə, yaxın saatlarda Bolqarıstanda hava şəraiti normallaşacaq.