“Ölkədə dağıntıları aradan qaldırmaq üçün illər və onilliklər lazımdır”
“Ukraynanın yenidən qurulması üçün 400 milyard dollardan çox vəsait lazımdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə BMT baş katibinin köməkçisi Miroslav Yença zərərin qiymətləndirilməsi barədə danışarkən deyib.
“Əvvəlki hesablamalara görə, Ukraynanın bərpasına çəkilən xərclər 400 milyard dollardan çoxdur. Biz heç kimi geridə qoymadan, müharibədən zərər çəkmiş icmalarda hüquqlara və yerli ehtiyaclara əsaslanan inklüziv bərpanın təşviqinə sadiqik”, - deyə BMT rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, ölkədə dağıntıları aradan qaldırmaq üçün illər və onilliklər lazımdır: “BMT ölkənin enerji sektorunun uzunmüddətli bərpası və yenidən qurulması üzərində fəal işləyir”.