BMT əməkdaşları arasında 175 nəfər virusa yoluxub
BMT-nin koronavirusdan dünyasını dəyişən və xəstəliyə yoluxan əməkdaşlarının sayı açıqlanıb.
AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cyuarrik videobrifinq zamanı bildirib. Onun sözlərinə görə, BMT əməkdaşları arasında 175 nəfər virusa yoluxub.
Onlardan 32-si ABŞ-da fəaliyyət göstərənlərdir. 2 nəfər isə dünyasını dəyişib.