BMT-nin baş katibi təyyarə qəzasına görə başsağlığı verib

Xəbərlər

26.12.2024 - 11:42

Həkimlər Klinikalar SEO Xidməti

“Atonio Quterreş bir çox insanın həyatına son qoyan təyyarə qəzası xəbərindən dərindən kədərlənib”

“BMT-nin baş katibi Antonio Quterreş Qazaxıstanda bir çox insanın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiya vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası xəbərindən dərindən kədərlənib”. AYNA xəbər verir ki, bu sözləri BMT baş katibinin sözçüsünün müavini Stefani Trembleyin AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar bəyanatında deyib.

Bildirib ki, baş katib həlak olanların ailələrinə və zərər çəkmiş ölkələrə dərin hüznlə başsağlığı verir: “Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez və tam şəkildə sağalmasını arzulayır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş