BMT əməkdaşları İsrailə hücumlarda iştirakda ittiham edilirlər

Dünya

30.04.2024 - 17:10

Adi Farjon: “19 BMT üzvü 2023-cü ilin payızında İsrailə edilən hücumlarda iştirak edib”

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əməkdaşları 2023-cü ilin payızında İsrailə qarşı hücumlarda iştirak ediblər. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin Cenevrədəki BMT-dəki daimi nümayəndəsinin müavini Adi Farjon deyib.

Farjon fakt kimi ötən il oktyabrın 7-də İsrailə qarşı hücumlarda UNRWA-nın 19 üzvünün fəal iştirakını göstərib.

Həmçinin qeyd edib ki, agentliyin iki mindən çox əməkdaşı ya Fələstinin radikal HƏMAS hərəkatının, ya da “İslami Cihad”ın üzvüdür.

İsrailin Cenevrədəki BMT-dəki daimi nümayəndəsinin müavini bildirib ki, “UNRWA-nın bütün məktəb idarəçilərinin beşdə biri” HƏMAS üzvləridir.

Aprelin 27-də məlum olub ki, BMT UNRWA əməkdaşları ilə Fələstinin HƏMAS radikal hərəkatı arasında əlaqə ilə bağlı üç iş üzrə araşdırmanı dayandırıb. BMT baş katibinin ofisinin nümayəndəsi Stefan Düjarrik bunu İsrailin təqdim etdiyi sübutların kifayət qədər olmaması ilə izah edib.

Müəllif: Ayna.az