BMT baş katibi: “Qəzzada münaqişənin genişlənməsi riski yüksəkdir”

Dünya

17.01.2024 - 11:15

cedabet dərman SEO Xidməti

Quterreş: “Münaqişə nə qədər uzun davam edərsə, eskalasiya riski bir o qədər yüksək olar”

“Qəzza zolağında münaqişə nə qədər uzanarsa, vəziyyətin gərginləşməsi ehtimalı bir o qədər yüksək olar”. AYNA xəbəır verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, Livanda Qəzzada olduğu kimi, vəziyyətin gərginləşməsinə icazə verilə bilməz: “Qəzzada münaqişə nə qədər uzun müddət davam edərsə, eskalasiya və səhv hesablama riski bir o qədər yüksək olar”.

Quterreş bildirib ki, Qəzzada münaqişənin davam etməsinə icazə verilməməlidir.

Bundan əvvəl Quterreş bildirib ki, Qəzza zolağında humanitar yardımın effektiv çatdırılması üçün heç bir şərait yoxdur. Baş katib xatırladıb ki, BMT Təhlükəsizlik Şurası 2712 saylı qətnamədə mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar malların tədarükünü artırmağa çağırıb. O əlavə edib ki, Fələstinin radikal HƏMAS qruplaşmasının göstərdiyi vəhşilik Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş