Bitkoin bu il 100 min dollara qədər bahalaşacaq - <font color=red> PROQNOZ</font>

Dünya

03.01.2021 - 17:10

Bəzi proqnozlarda isə kriptovalyutanın 50 min dollara yüksələ biləcəyini deyilir

 

Dünyanın ən populyar kriptovalyutası olan Bitkoinin 2021-ci ildə 100 min dollara qədər bahalaşacağı proqnozlaşdırılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə “Hash CIB” Kripto İnvestisiya Fondunun rəhbəri Yakov Barinski deyib.

 

Bənzər proqnoz, “CEX.IO Brokerin”in məlumat təhlili şöbəsinin müdiri Yuri Mazur tərəfindən də verilib. Qeyd edilir ki, Bitkoin 2021-ci ilin sonunda müsbət ssenaridə 90 minə, orta səviyyəli ssenaridə 50 minə, mənfi ssenaridə isə 10 min dollardan bir qədər aşağı olacaq. Bununla birlikdə, ən çox ehtimal edilən proqnoz odur ki, 2021-ci ildə valyuta 25 min ilə 30 min dollar aralığında dəyişəcək.

 

“Sosioma” Sosial Matriks Texnologiyaları Mərkəzinin direktoru Vladimir Panuşkin və “Tokenbox” layihəsinin qurucusu Vladimir Smerkis isə hesab edirlər ki, Bitkoinin dəyəri bu ilin sonuna qədər 60 min dollara yüksələcək. Bəzi proqnozlarda isə kriptovalyutanın 50 min dollara yüksələ biləcəyini deyilir. Smerkis hesab edir ki, Bitkoinin qiymətindəki mövcud kəskin artım kriptovalyutanın məhdud emissiyası ilə əlaqəlidir.

 

Qeyd edək ki, Bitkoinin qiyməti son bir neçə gündə tarixi zirvəyə yüksəlib. 3 yanvar 2021-ci il tarixinə kriptovalyuta 34,5 min dollara qalxıb.

 

Xatırladaq ki, 2020-ci ilin yanvar ayının əvvəlində Bitkoinin dəyəri 7.4 min dollar idi.

Müəllif: Ayna.az